UNIFEL, Beyrutdakı bombardman nəticəsində bir sıra əsgərinin yaralandığını bildirdi
Livandakı Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvəsi (UNIFEL) çərşənbə axşamı, Beyrutda baş verən güclü partlayış nəticəsində bir sıra qüvvələrin yaralandığını açıqlayıb.
SəhərAzəri xarici mənbələrə istinadla xəbər verir, UNIFEL bir açıqlamadabildirib: “Beyrutu sarsıdan şiddətli partlayışın ardınca, bu limanda lövbər atan dəniz komandasına aid gəmilərimizdən birixəsarət alıb, nəticədə həmin gəmidə bəzi insanlar yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.”
UNIFEL əlavə olaraq bildirib: “Yaralı əsgərləri ən yaxın xəstəxanaya çatdırdıq və hal hazırda UNIFEL qüvvələrinin vəziyyəti, həmçinin partlayışın təsirləri barədə araşdırmalar aparır.”
Bundan əlavə, Misirin Beyrutdakı səfirliyi öz Facebook səhifəsində açıqlama yayıb ki partlayış zamanı vətəndaşlarından biri olan “İbrahim Əbdül Möhsün Əl-Qafas” ölüb. Səfirlik həmçinin açıqlayıb ki yaralananlar arasında başqa bir Misir vətəndaşı da var.
Beyrutdakı Mərakeş səfirliyi də bu ölkənin bir vətəndaşının yaralandığını bildirdi.
Rusiya səfirliyi də açıqlama verib ki səfirliyin binasına ziyan dəyib və Partlayış nəticəsində işçilərindən biri yaralanib.
Qazaxıstan səfirliyi də bir açıqlamada bildirib ki, işçilərindən biri xəsarət alıb və səfirliyin binasına xəsarət yetişib.
Hollandiya səfirliyi də, partlayış nəticəsində beş işçisinin xəsarət aldığını bildirib.