Amerika livanlı iğtişaşçılara dəstək verib
Amerika livanlı iğtişaşçılara dəstək verib
Avq 09, 2020 14:49 Asia/Baku
ABŞ-ın Beyrutdakı səfirliyi bir bəyanat yayaraq, dolayısı ilə iğtişaşçılara dəstək verib.
Sahar Azari bildirir ki, Livanda etiraz aksiyalarınınkeçirilməsi və bəzi iğtişaşçıların yaranmış vəziyyətdən sui-istifadə edərək, dövlət binalarına hücum etməsi, binalara zərər vurmaları ilə bir zamanda ABŞ-ın Beyrutdakı səfirliyi Livanın hazırkı həssas və kövrək şəraitindən bu ölkə hökumətinə zərbə vurmaq üçün faydalanmağa çalışıb.
ABŞ-ın Beyrutdakı səfirliyi üstüörtülü şəkildə və iğtişaşçıların zorakılığını pisləmədən öz bəyanatında bildiribdir ki, Livan xalqı məsuliyyətli rəhbərliyə layiqdir.
Bəyanatda həmçinin bildirilir ki, livanlılar, onların sözlərini dinləyəcək və «şəffaflıq» barədəki tələblərini cavablandıracaq hökumət intizarındadırlar.