Avq 12, 2020 00:43 Asia/Baku
  • “ABŞ qoşunlarının Çexiyada yerləşdirilməsi üçün səbəb görmürəm”- Andrey Babiş

Çexiya hakimiyyəti ölkədə amerikalı hərbçilərin yerləşdirilməsi üçün səbəb görmür.

SəhərAzəri Azərtac-a istinadla xəbər verir, bu barədə Çexiyanın Baş Naziri Andrey Babiş ölkəsinə səfər edən ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə danışıqlardan öncə deyib.

ABŞ-ın 12 min nəfərlik hərbi kontingentinin dislokasiyası barədə sualı cavablandıran Andrey Babiş Praqanın onların Çexiyada yerləşdirilməsinə ehtiyac duymadığını vurğulayıb.

O deyib: “ABŞ qoşunlarının ölkəmizdə yerləşdirilməsi üçün səbəb görmürəm. Çexiya bunda maraqlı deyil. Onların ölkəmizdə yerləşdirilməsi barədə məsələ heç vaxt gündəlikdə olmayıb. Məni daha çox ticarət münasibətləri maraqlandırır”, – deyə o bildirib.

Teqlər