Çin dörd okean müşahidə peykini işə salacaq
Çin qarşıdakı on altı ay ərzində dörd okean müşahidə peykini işə salacaq.
SəhərAzəri xəbər verir, Avqust ayından Çin müstəqil şəkildə «Haiyang» tipindən olan yeddi peyki inkişaf etdirərək, işə salıbdır.
Çin təqribən iki ay bundan öncə özünün ilk okeanoqrafik peyk sisteminin dördüncü peykini - "Haiyang-1"i kosmosa göndərdi.
Bu peyk "Haiyang-1D" adı ilə iyunun onunda "beynəlxalq ahəngdar saat"- UTC vaxtı ilə saat 18-31 dəqiqədə "Long March-2C" peyk daşıyıcısına yerləşdirilədək, "Taiyuan" kosmodromundan kosmosa buraxıldı.
Çin özünün "Haiyang-1A" tipli ilk okeanoqrafik peykini 2002-ci il mayın 15-də kosmosa göndəribdir.
Dəniz Elmləri və Fənləri üzrə Ümumdünya Konfransı filialının bildirdiyinə görə, kosmosdan uzaqdan ölçmə texnologiyasından dəniz təhlükəsizliyi, dəniz ekologiyası, dəniz iqtisadiyyatı və dəniz fəlakətlərinin azaldılması və qarşısının alınması, eləcə də dəniz resurslarının araşdırılması kimi sahələrdə istifadə olunubdur.