Avq 22, 2020 15:24 Asia/Baku
  • Pentaqon etirazları izlədiyini etiraf edib

ABŞ müdafiə nazirliyi- Pentaqon bu ölkənin müxtəlif şəhərlərindəki xalq etirazlarını izləmək üçün casusluq təyyarələrindən istifadə etdiyini etiraf edib.

Səhər Azəri bildirir ki, dörd şəhərdə rasizmə qarşı geniş etirazlara nəzarət üçün milli qvardiyanın casusluq təyyarələrindən istifadə edən Pentaqon bildiribdir ki, ordunun informasiya toplamaq üzrə qanunlarını pozmayıbdır.

Yeni təhqiqat zamanı məlum olubdur ki, ABŞ-ın aviasiya qüvvələri casusluq təyyarələri vasitəsilə müxtəlif şəhərlərdə etirazçılar haqda informasiyalar toplayıblar.

Bu təhqiqat Amerikanın müdafiə naziri Mark Esperin göstərişi ilə həyata keçirilibdir.

ABŞ konqresi bundan öncə Esperdən bu ölkə vətəndaşlarının etirazlarının qanunsuz şəkildə izlənilməsi haqda cavab verməsini istəmişdi.

Etirazları izləmək üçün casusluq uçuşlarının keçirilməsi Trampın qeyd olunan etirazları yatırmaq üzrə tələblərindən olubdur.

Teqlər