Dünya Hüseynə(ə) ağlar
Hüseyn(ə) Tasuasında şiələri və azadələri matəmə qərq olublar
Bu gün, 1442-ci hicri qəməri ili Məhərrəm ayının doqquzu, İmam Hüseyn(ə) Tasuası günüdür.
Səhər Azəri bildirir ki, İmam Hüseyn(ə) Tasuası ilə bir zamanda bütün İslami İran, həmçinin dünya şiələri və azadələri kədər və matəm içindədirlər.
İmam Hüseyn(ə) Tasuası gecəsində dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın və o həzrətin Əhli-Beytinin milyonlarla vurğunu bütün İslami İran boyu və dünyanın müxtəlif ölkələrində əzadarlıq mərasimləri keçirərək, Həzrət İmam Hüseyn(ə)-ın möhtərəm qardaşı Həzrət Əbulfəzl Abbas(ə)-ın xatirəsini yad ediblər.
Bu gün də bu mərasimlər davam edir və Hüseyn Aşurası olacaq sabahadək əzadarlıqlar öz yüksək zirvələrinə çatacaqlar.
Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə) və onun sədaqətli köməkçiləri 61-ci hicri qəməri ili Məhərrəm ayının onunda Kərbəlada şəhid oldular.
Ürəkyandırıcı Kərbəla hadisəsindən və İmam Hüseyn(ə)-ın şəhadətindən əsrlər keçsə də bu hadisənin yeri və əhəmiyyəti nəinki azalmayıbdır, əksinə zaman keçdikcə, Aşuranın müraciəti daha geniş miqyas alır və əzadarlıq mərasimləri daha artıq şövq və dərk ilə keçirilir.
Bu il dini heyətlər, məscidlər və əzadarlıq təkyələri/ mərasimləri açıq havada keçirib, səhiyyə göstərişlərinə əməl etməklə, xalqın sağlamlığını qorumaqdan və koronavirusun ötürülməsi halqasını kəsməkdən əlavə, bu nəhs virusun aradan getməsi və xəstələrin şəfa tapmaları üçün dua edib və Əhli-Beyt(ə) xanədanından bu dövrandan keçmək üçün yardım diləyiblər.