Vaşinqtonda etiraz aksiyası:
Minlərlə amerikalı irqçilik və polis zorakılığına yox dedi
Avq 29, 2020 11:33 Asia/Baku
Minlərlə amerikalı irqçilik və polis zorakılığına etiraz olaraq Vaşinqtonda aksiya keçirib.
Səhər Azəri bildirir ki, minlərlə nəfər cümə günü, Martin Luter Kinqin "Mənim bir arzum var" adlı çıxışının ildönümündə Vaşinqtonda irqçilik və polis zorakılığına etiraz olaraq aksiya keçirib.
Martin Luter Kinq 28 avqust 1963-cü ildə etdiyi çıxışda "elə bir dünya təsəvvür edirəm ki, uşaqlar dərilərinin rənginə görə yox, şəxsi keyfiyyətlərinə görə qiymətləndirildikləri bir ölkədə yaşayırlar" demişdir.
"Mənim bir arzum var" adlı çıxışın 57-ci ildönümü Amerikada irqçilik və polis zorakılığı əleyhinə etiraz aksiyalarının səngimədiyi bir dövrə təsadüf edib.
Cümə günü Vaşinqtonda keçirilən aksiya "Dizinizi boğazımızdan çəkin" adı altında keçirilib.