Livanın paytaxtında baş vermiş partlayışın qurbanları 190 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/dünya-i366652-livanın_paytaxtında_baş_vermiş_partlayışın_qurbanları_190_nəfərə_çatdı
Beyrut limanında 4 avqustda baş verən partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2020 11:56 Asia/Baku
  • Livanın paytaxtında baş vermiş partlayışın qurbanları 190 nəfərə çatdı

Beyrut limanında 4 avqustda baş verən partlayış nəticəsində ölənlərin sayı 190-a çatıb.

Səhər Azəri bildirir ki, bu barədə Livan hökuməti məlumat verib. 

Məlumata görə, Beyrut limanında baş vermiş partlayışda xəsarət alanların sayı da 6500 nəfər elan olunub. 

Beyrut partlayışı 300 min insanın da evsiz qalmasına səbəb olub. Partlayışın vurduğu zərər və ziyanların dəyəri 15 milyard dollara bərabərdir. 

Partlayış nəticəsində 50 min mənzil, 9 xəstəxana və 178 məktəb dağılıb.