Fransız nəşr bir daha İslam Peyğəmbəri(s.ə.s)-ə hörmətsizlik edib
Fransız «Charlie Hebdo» nəşri dünən yeni bir həyasızlıqda bir daha əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz və qalmaqallı karikaturaları dərc edib.
SəhərAzəri xəbər verir, Qeyd olunan karikaturalar ilk dəfə 2005-ci ildə bir Danimarka qəzetində çap olunmuşdu.
«Charlie Hebdo» nəşrinin hörmətsiz karikaturaları və təsvirləri dəfələrlə qalmaqala səbəb olubdur.
Fransız «Charlie Hebdo» nəşri son illər dəfələrlə əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz təsvir və karikaturalar dərc edibdir.
Bundan öncə, 2015-ci ildə fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz hərəkəti dünya müsəlmanları arasında hiddət və nifrət dalğasına səbəb oldu. Müsəlmanlar həmin ildə dünyanın müxtəlif nöqtələrində aksiyalar keçirərək, bu hörmətsiz hərəkəti pislədilər.
Fransa bu kimi hörmətsizlikləri söz azadlığnın bir hissəsi kimi qələmə verir. Bununla belə, bu ölkə «Xolokost» kimi iddia olunan əhvalatın inkar edilməsini cinayət hesab edən Qərb ölkələrindən biridir.
Son illər Qərb ölkələrində islamofob hərəkətlər və «islamofobiya» fenomeninin yayılması müsəlmanlar icmasının sıxıntıya məruz qalmasına səbəb olubdur.