Avstriyada Türkiyə casusu həbs olunub
Sen 02, 2020 08:34 Asia/Baku
Avstriyanın daxili işlər naziri Türkiyə casusunun həbs olunmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Karl Nehammer dünən bildirib ki, ölkəsi, Türkiyənin kəşfiyyat təşkilatı üçün casusluğunu etiraf edən şəxsi mühakimə edəcək və hazırda məsul şəxslər bu şəxsin casusluq fəaliyyətlərinin daha artıq öyrənilməsi barədə təhqiqatlar aparırlar.
Nehammerin sözlərinə görə, bu şəxslərdən biri qeyd edibdir ki, Türkiyə kəşfiyyat təşkilatı onu Türkiyə vətəndaşları və ya türk mənşəli avstriyalılar barədə casusluq etmək üçün cəzb edibdir ki, onların haqqında bu ölkənin təhlükəsizlik təşkilatlarına məlumatlar vermiş olsun.