ABŞ-ın Pensilvaniya ştatında etirazçıların repressiyası davam edir
Sen 15, 2020 11:58 Asia/Baku
ABŞ-ın təhlükəsizlik qüvvələri Pensilvaniya ştatının Lankaster şəhərində irqçilik və polis zorakılığı əleyhinə etiraz edənlərə hücum ediblər.
SəhərAzəri xəbər verir, ABŞ-ın təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz və digər anti-üsyan təchizatları tətbiq ediblər.
Lankaster şəhərində ABŞ polisinin bir qaradərili gəncə atəş açmasından sonra Pensilvaniya ştatında etirazlar baş qaldırıb.
Lankaster şəhər polisi sentyabrın 13-də Rikardo Munosa adlı 27 yaşlı qaradərili bir gənci atəş açaraq, öldürüblər.
ABŞ-ın müxtəlif şəhərləri 25 may tarixindən etibarən bu ölkə polisinin irqçi davranışlarına qarşı kütləvi aksiyaların şahididir.