Kəşmirdə Şarli Ebdo nəşrinə qarşı aksiya keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i367278-kəşmirdə_Şarli_ebdo_nəşrinə_qarşı_aksiya_keçirilib
Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsində yaşayan müsəlmanlar, Fransız nəşri Şarli Ebdonun İslam Peyğəmbəri (s.ə.s) barədə təhqiramiz təsvirləri dərc etməsini qınayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 15, 2020 08:25 Asia/Baku
  • Kəşmirdə Şarli Ebdo nəşrinə qarşı aksiya keçirilib

Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsində yaşayan müsəlmanlar, Fransız nəşri Şarli Ebdonun İslam Peyğəmbəri (s.ə.s) barədə təhqiramiz təsvirləri dərc etməsini qınayıblar.

SəhərAzəri xəbər verir, Hindistanın nəzarəti altında olan Kəşmir bölgəsinin əhalisi müxtəlif məntəqələrdə, o cümlədən "Srinəgər" şəhərində komendant saatını pozaraq, "Ləbbek ya Rəsullulah" şüarı səsləndirib və İslam ölkələrini bu açıq hörmətsizlik qarşısında ciddi tədbir görməyə çağırıblar.

Etirazçılar vurğulayıblar: "Heç vaxt Əziz İslam peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə dözməyəcəklər və Fransa hökuməti öz jurnallarını digər dinlərin, xüsusilə müsəlmanların müqəddəslərinə hörmətsizlik etməkdən çəkindirməlidir".

Regionun ölkələrinin müsəlmanları, o cümlədən İran, Pakistan və Hindistan müsəlmanları aksiya keçirərək, Fransada nəşr olunan Şarli Ebdo jurnalının əziz İslam peyğəmbəri (s.ə.s) barədə təhqiramiz təsvirləri dərc etməsini qınayıblar.