Sen 15, 2020 16:55 Asia/Baku
  • Rusiyanın Asiya Bölməsindəki Müsəlmanların Ruhani İdarəsinin açıqlaması

Şarli Ebdonun İslam Peyğəmbərinə qarşı hörmətsizliyi qınanmalı və bağışlanılmazdır.

SəhərAzəri xəbər verir, Nafiullah Aşirov deyib: Bu fitnənin məqsədi bütün dünyada müsəlmanlar və fransızlar arasında nifrət yaratmaq və yaymaqdan başqa bir şey deyil və bu əməl dünyadakı bütün müsəlmanlar tərəfindən ağır bir cinayət hesab olunur. 
Rus qrupları və şəxsiyyətləri Fransız "Şarli Ebdo" jurnalının hərəkətlərini pisləməyə davam edir. 
Rusiyanın Asiya hissəsindəki Müsəlmanların mənəvi şöbəsinin müdiri Nafiullah Aşirov sərt bir açıqlamada,  Fransız jurnalın, böyük İslam Peyğəmbəri (s.ə.v) haqqındakı təhqiramiz Karikaturalarını yenidən nəşr etməyə təşəbbüs etməsini kəskin pisləyib. 
Bu bəyanatın bir hissəsində deyilir: Məlum hərəkətin məqsədi bütün dünyada müsəlmanlar və fransızlar arasında nifrət hissi yaymaqdan başqa bir şey deyil və bu əməl dünyadakı bütün müsəlmanlar tərəfindən ağır bir cinayət hesab olunur. Müsəlman Ruhani İdarəsi Hz.Muhəmmədin (s) belə karikaturasının nəşrinin İslam dininə və dünyanın dini icmalarına qarşı planlı bir hücum olduğunu düşünür. 
Bu açıqlamanın sonunda deyilib: Jurnalın mənfur hərəkətinin əksinə, Müsəlmanlar və İslam dini hər zaman cəmiyyətdə barışı dəstəkləyirlər ki, bu da beynəlxalq əməkdaşlıq üçün lazım olan bir şərtdir.

Teqlər