Sen 17, 2020 16:02 Asia/Baku
  • ABŞ-ın Baş Prokuroru etirazların kəskinləşməsi ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Baş Prokuroru anti-rasizm etirazları ilə bağlı xəbərdarlıq edərək, bu etirazlara qarşı görülən tədbirlərin sərtləşdirilməli olduğunu bildirib.

SəhərAzəri xəbər verir, ABŞ-ın Baş prokuroru Viliam Bar bu ölkə prokurorlarını, irqçilik əleyhinə aksiya keçirənlərə qarşı " Federal İttihamlar" irəli sürməyə çağırıb. 

Viliam Bar, həmçinin ABŞ prokurorlarından istəyib ki, anti-rasizm aksiyaçıların işlərini araşdırarkən, onlara qarşı bir sıra "Federal İttihamlar" nəzərdə tutsunlar.

ABŞ-ın Baş prokuroru, bu ölkədə aksiyların 3 noyabr seçkilərinədək kəskinləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

ABŞ-ın Ədliyyə Nazirliyi indiyədək 200-dən çox etirazçıya qarşı "Federal İttihamlar" irəli sürüb.

ABŞ-da "Federal İttihamlar"ın irəli sürüldüyü təqdirdə, Federal Hökumət etirazçıları həbs edə bilər.

Əgər ittihamlar Ştat qanunlarına əsasən irəli sürülsə, Federal Hökumət etirazçıları cəzalandıra bilməz.

Bütün Amerikada, polisin repressiyalarına baxmayaraq, kütləvi anti-rasizm aksiyaları may ayının 25-dən etibarən başlayıb və hələ də davam edir.

Teqlər