Sen 25, 2020 15:53 Asia/Baku
  • Luisvill şəhərində komendant saatı elan edilib

Luisvill şəhərində etirazların bərpa edilməsilə Amerikanın Kentukki ştatının bu şəhərində güclü təhlükəsizlik tədbirləri gücləndirilib.

Səhər Azəri bildirir ki, Luisvill şəhərinin məsul şəxsləri bu şəhərdə komendant saatını icraya qoyublar.

Sosial şəbəkələrdə yayılan təsvirlər etirazçıların geniş şəkildə həbs olunmalarından və şəhərdə güclü təhlükəsizlik tədbirlərinin görülməsindən xəbər verirlər.

Bu şəhərdə və Amerikanın digər şəhərlərində etirazların yeni mərhələsi, Kentukki ştatının baş prokurorunun qaradərili qadın Breonna Teylorun qətlə yetirilməsi işi barədəki rəyini bildirməsindən sonra başlanıbdır.

Kentukki ştatının baş prokuroru bildiribdir ki, bu qadını bir neçə həftə bundan öncə Luisvilldə qətlə yetirən iki polis zabiti cəzalandırılmayacaq.

Bundan əlavə, afroamerikalı Corc Floydun mayın 25-də Minesota ştatının ağdərili polisi tərəfindən qətlə yetirilməsindən sonra Amerikanın müxtəlif şəhərləri bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı etiraz səhnələridirlər.

Teqlər