ABŞ-ın ticarət kəsri rekord vurub
Amerika statistika mərkəzi avqust ayında bu ölkənin ticarət kəsrinin nəzərəçarpacaq dərəcədə artmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Amerika statistika mərkəzi bildirib ki, bu ölkənin avqust ayındakı ticarət kəsri iyul ayı ilə müqayisədə beş tam onda doqquz faiz artımla/ altmış yeddi tam onda bir milyard dollara çatıbdır ki, bu da bir rekord hesab olunur.
Amerikanın iyul ayındakı ticarət tarazlığı kəsri altmış üç tam onda üç milyard dollar olubdur.
Amerika prezidenti Donald Tramp 2016-cı il prezident seçkiləri mübarizələrində vəd vermişdi ki, bu ölkənin ticarət tarazlığı çatışmazlığını, xüsusən Çinlə mübadilələrdə sürətlə azaldacaqdır.
Amerikanın bəzi ticarət tərəfləri ilə savaşlarına, həmçinin Şimali Amerika Azad Ticarət Müqaviləsi üstündə yenidən Kanada və Meksika ilə müzakirələr aparmasına rəğmən, Birləşmiş Ştatların ticarət tarazlığı çatışmazlığı yüksək olmaqda davam edir.