Okt 08, 2020 09:13 Asia/Baku
  • Corc Floydun qatili azad edilib

Qaradərili Amerika vətəndaşı Corc Floydun boynuna dizini sıxaraq, onun öülümünə bais olmuş polis zabiti vəsiqə qarşılığında zindandan azad edilib.

SəhərAzəri xəbər verir, ABŞ polisinin bu sabiq zabiti yerli vaxtla çərşənbə günü səhər bir milyon dollarlıq vəsiqə qarşılığında Minnesota ştatındakı təcridxanadan azad edilibdir.

Derek Şovin Corc Floydu qətlə yetitmək ittihamı ilə cari milad ili mayın 31-də təcridxanaya köçürülmüşdü.

Şovin mayın 25-də Corc Floydu Minnesota ştatının Minneapolis şəhərində faciəli surətdə qətlə yetirmişdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb olubdur. Amerika polisi və təhlükəsilzik qüvvələri isə bu ölkənin prezidenti Donald Trampın göstərişi ilə etirazçı xalqda divan tuturlar.

Amerikada son həftələrdəki etirazlarda minlərlə nəfər yaralanıb və həbs olunubdur.

Teqlər