Okt 12, 2020 13:22 Asia/Baku

Sudanın baş naziri Abdullah Hamduk ölkəsini terrorizmə sponsorluq edən ölkələrin qara siyahısından çıxartmağın Xartumun Tel-Əvivlə münasibətlərin normallaşması ilə əlaqələndirilməməli olduğunu söyləyib.

SəhərAzəri İSNA-nin malumatina əsasən xəbər verir, Abdullah Hamduk “Financial Times”a verdiyi açıqlamasında bunları deyib: “ABŞ-ın qara siyahısında Sudanın adının qalması ölkənin demokratiya yolunu təhdid edir.

Sudan 1993-cü ildə Əl-Qaidə ilə əlaqələndirildiyi üçün Əl-Qaidə sponsoru kimi ABŞ tərəfindən qara siyahıya salındı.

Sanksiyalar Sudan iqtisadiyyatı üçün dağıdıcıdır və Sudanın terrorun sponsorları siyahısından çıxarılması oyunu dəyişdirəcək”.

Sudanın baş naziri Əl-Qaidə terror qruplaşmasının keçmiş lideri Usama bin Ladenin 20 il əvvəl Sudandan qovulmasına və Ömər Əl-Bəşir hökumətinin keçən il devrilməsinə toxunaraq, belə davam edib: “Biz dünyadan təcrid olunmuşuq. Sudan xalqı heç vaxt terrorçu olmayıb. Bu Əl-Bəşir rejiminin hərəkəti idi.

İsrail rejimi ilə münasibətlər normallaşarsa, Sudanın terrorun sponsorları siyahısından çıxarılacağı ilə bağlı narahatlıq doğuran bir fikir var. Ancaq bu iki yola ayrı-ayrılıqda baxmaq istəyirik”.

Teqlər