Rusiyada avtobus dayanacağında 4 nəfəri öldürən şəxsin meyiti tapılıb
Rusiyada avtobus dayanacağında 4 nəfəri öldürən şəxsin meyiti tapılıb
SəhərAzəri-nin APA-ya istinadən verdiyi xəbərə görə Rusiyada avtobus dayanacağında insanlara atəş açaraq 4 nəfəri öldürən şəxsin meyiti tapılıb.
APA-nın RİA Novosti-yə istinadən bu barədə regional SUSK agentliyi məlumat yayıb.
Meyit hadisə baş verən ərazinin yaxınlığında aşkar edilib. Onun intihar etdiyi ehtimal edilir.
Rusiyanın Nijni Novqorod vilayətinin Bolşeorlovski qəsəbəsində naməlum şəxs avtobus dayanacağını atəşə tutması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Qeyd edilib ki, daha 5 nəfər müxtəlif dərəcəli ağır yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin açıqlamasına görə, cinayətkar avtobus dayanacağına getməzdən əvvəl nənəsini öldürməyə çalışıb.