Okt 24, 2020 18:00 Asia/Baku
  • Sudanda Sionist rejimi ilə razılaşmaya qarşı nümayişlər davam edir

Sudan ilə İsrail rejimi arasında münasibətləri normallaşdırmaq üçün razılaşma elan olunduqdan sonra, paytaxt Xartumda xalq bu razılaşmaya etiraz etmək üçün küçələrə çıxıb.

SəhərAzəri Anadolu acentliyinin məlumatina istinadən xəbər verir, onlarla insan Xartumda “İsrail rejimi ilə barışmaq olmaz” şüarlarını səsləndirərək, Sudanın keçid hökumətinin sionist rejimlə münasibətləri normallaşdırmasına etiraz edib.

Ağ Ev oktyabrın 23-ü ABŞ-ın prezidenti Donald Trampın İsrail rejimi və Sudanın münasibətlərini normallaşdırmağa razı olduqlarını elan etdiyini açıqlamışdı.

Ancaq Sudan Xarici İşlər Nazirliyi cümə günü razılaşmanın elan edilməsindən sonra belə bir bəyanat verdi: “İsrail rejimi ilə razılığa gəldik, ancaq keçid parlamenti qəbul edib etməyəcəyinə qərar verəcək”.

Sudanın keçid hökumətinin xarici işlər naziri belə demişdi: “Bu gün əldə edilən münasibətlərin normallaşması deyil, normallaşma barədə bir razılaşma idi”.

Teqlər