Fransada İslam Peyğəmbərinə (s) edilən hörmətsizliyə qarşı etirazlar davam edir
İslam Peyğəmbərinin (s) qarşı həqarətdən sonra, Fransada və eləcədə dünyanın bir çox ölkələrində etirazlar və qınaqlar davam edir.
SəhərAzəri Deyerler-ə istinadla xəbər verir, dünya müsəlmanları təhqirlərə etiraz edərək, İslam Peyğəmbərinə (s) qarşı sevgi izhar edərək, Fransa prezidenti Makrona qarşı tənqidi şüarlar səsləndirib. Nümayişçilər şiddətə qarşı olduğunu və onun tərəfdarı olmadıqlarını, lakin İslam Peyğəmbərinin (s) müqəddəs və toxunulmaz olduğunu və bu nümayişlərin ona qarşı edilən hörmətsizliyə etiraz doğurduğunu bildirib. Fransa prezidenti yaxın vaxtlarda Fransanın İslamın müqəddəs Peyğəmbərinə (s) qarşı təhqiramiz cizgi filmlərinin davamlı nəşrinə icazə verəcəyi barədə açıqlama verdi və bunu dünyəvilik dəyərlərinə dəstək olduğunu bildirib. Makronun dedikləri müsəlmanların kəskin reaksiyasına səbəb olub.