Okt 30, 2020 08:40 Asia/Baku
  • Makronun islamofob mövqeyi davam edir

Fransa prezidenti öz islamofob mövqeyinin davamında və bu mövqeyə qarşı etirazlara rəğmən, bir daha «islamçı terrorist» ifadəsindən istifadə edibdir.

SəhərAzəri xəbər verir, Emmanuel Makron İslama qarşı hörmətsiz mövqeyinə görə islami ölkələr tərəfindən tənqid edilsə də deyibdir ki, bir «islamçı terrorist» bu ölkənin cənub-şərqində yerləşən Nitsa şəhərinə qarşı terror hücumunun amili olubdur.

Makron cümə axşamı günü Fransada həyata keçirilən digər hücumları terrorçu hücumlar adlandırıbdır.

Belə bir halda, Makronun islamofob ifadələri bütün dünyada islami cəmiyyətlərin şəxsiyyətləri, məsul şəxsləri və müsəlman xalqlar tərəfindən geniş şəkildə pislənib və tənqid olunubdur.

Nitsa şəhərindəki bir kilsənin yaxınlığında baş verən terror hücumunda azı üç nəfər ölüb, bir qrup şəxs də yaralanıbdır.

Fransa Nitsa şəhərindən əlavə, «İl do Frans» bölgəsində yerləşən Sartruvil və Avinyon şəhərlərində də iki terror hücumunun şahidi olubdur.

Teqlər