Okt 31, 2020 11:40 Asia/Baku
  • Müsəlmanlar ayağa qalxdı: Makrona etiraz

İslam dünyasında Fransa hökumətinin Peyğəmbərimizə qarşı inadkar hərəkəti etirazla qarşılanır

SəhərAzəri xəbər verir, Fransada əziz peyğəmbərimiz həzrəti Məhəməd (s.ə.s) haqqında edilən təhqiramiz karikatura hərəkəti İran İslam Respublikası da daxil İslam dünyasında böyük qəzəb doğurub.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron, Fransanın dünyəvi dəyərlərini – onun ifadəsi ilə desək- "islamçı radikalizm"dən qorumaq üçün planını açıqlayıb.

Makron islam dininin "bütün dünyada böhran içində olduğunu" iddia edib.

Makronun anti-İslam hərəkətinə etiraz olaraq İran İslam Şurası Məclisinin qəbul etdiyi bəyanatda bildirilir ki, heç bir ağıllı insan ifadə azadlığına arxalanaraq 1 milyarddan çox müsəlmanın müqəddəs dəyərlərinə hörmətsizlik etməz. Bəlkə də Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb. Buna görə də Makron Fransanı özünün qara müstəmləkəçilik dövrünə qaytarmağa və belə cinayətləri reallaşdırmağa məcbur olub. Lakin Fransa prezidenti Emmanuel Makron və onun ətrafındakılar bu siyasətlərin nəticələrini müşahidə edəcəklər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepahın isə yaydığı bəyanatda deyilir: Sionist və hegemonçu sistemin başçıları bəşəriyyətə qarşı olan və böhrana qərq olmuş Qərbi özünün düzəltdiyi bataqlıqdan xilas edə bilməyəcəklər. Şübhəsiz, onlar o qədər də uzaqda olmayan bir gələcəkdə, meydan etirazları və fransız məhsulların boykot edilməsindən daha geniş miqyasda, İslam Ümmətindən münasib cavablar almağın intizarında olmalıdırlar. Zira Fransa anti-İslam təbliğatını dövlət siyasətinə çevirib.

Rəsmi Tehran bu qənaətdədir ki, İslam Peyğəmbərinə hörmətsizlik qlobal sionizm və dünya hegemonlarının İslama qarşı işlətdiyi sikkənin iki tərəfidir. Ancaq Qərbin bu oyunu tam əks nəticə verəcək, müsəlmanların, azadlıqsevərlərin və ədalətsevərlərin daha çox birləşməsinə səbəb olacaqdır.

Teqlər