Noy 02, 2020 10:45 Asia/Baku
  • Kanada müsəlmanları Fransanın islamofob hərəkətlərinə qarşı aksiya keçiriblər

Kanada müsəlmanlarından bir qrupu Fransa rəsmiləri və medialarının islamofob hərəkətlərinə etiraz olaraq, bu ölkənin Torontodakı konsulluğu qarşısında aksiya keçiriblər.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, Kanada müsəlmanları "Müsəlmanlara qarşı terrorizmi dayandırın", "Biz peyğəmbərlərin hamısını sevirik" kimi şüarlar səsləndirərək, Fransa rəsmiləri və medialarının İslam dini və əziz İslam peyğəmbərinə (s.ə.s) qarşı hörmətsizliyini qınayıblar.

Kanada müsəlmanları, həmçinin o bölgə insanlarına çiçək budaqları və Qurani Kərimin nüsxələrini və İslamla əlaqəli bir sıra nəşrləri hədiyyə ediblər.

Son günlərdə Fransanın "Şarli Ebdo" nəşri İslam peyğəmbəri haqqında hörmətsiz karikaturalar nəşr edib.

Fransa prezidenti Emmanuel Makron isə diplomatiya normaları və demokratiya prinsiplərinə zidd olan bir açıqlamada ölkəsinin İslam peyğəmbərinə qarşı hörmətsiz təsvirləri yaymaqda davam edəcəyini söyləyib.

Makronun bu islamofob açıqlamaları bütün dünyada islami cəmiyyətlərdəki şəxsiyyətlər, müsəlman xalqlar və rəsmilərin geniş və kəskin etirazı ilə üzləşib.

İndiyə qədər bir çox İslam ölkəsində Fransanın bayraqları və Makronun şəkilləri yandırılıb və ya onun səfirliyi qarşısında aksiyalar keçirilərək, müsəlmanlar Fransa rəsmilərinin müsəlmanlardan rəsmi şəkildə üzr istəməsini tələb ediblər.

Teqlər