Noy 06, 2020 14:11 Asia/Baku
  • İngiltərənin xarici işlər naziri özünü karantinə salıb

İngiltərənin xarici işlər naziri Dominik Raab koronavirusa yoluxmuş bir şəxslə təmasda olduğuna görə, özünü karantinə salıbdır.

SəhərAzəri xəbər verir, İngiltərənin xarici işlər nazirliyi dünən gecə bildiribdir ki, Raab COVID-19-a yoluxmuş bir şəxslə təmasda olduğuna görə, ev karantininə gedibdir.

Belə bir halda, İngiltərə hökuməti koronavirusun yeni dalğası ilə mübarizə məqsədi və soyuqların düşməsi ilə bir zamanda bütün ölkə boyu daha artıq məhdudiyyətlər tətbiq edibdir.

İngiltərə parlamentinin aşağı palatasının üzvləri Boris Conson hökumətinin bu ölkə boyu bir daha karantin rejiminin dörd həftə müddətinə tətbiq edilməsi üzrə layihəsilə razılaşıblar.

İngiltərənin baş naziri Boris Consonun hökuməti medialar və ümumi fikir tərəfindən onda ittiham edilir ki, koronavirusla mübarizədə düzgün və şəffaf hərəkət etməyib və siyasətləri bu virusun təhlükəsinin dərinliyi ilə mütənasib şəkildə tənzim edilməyibdir.

Teqlər