Noy 06, 2020 19:45 Asia/Baku
  • Kreml: Putinin parkinson xəstəliyinə tutulması iddiası yalandır

Kremlin sözçüsü bildirib ki, Putinin Rusiya prezidenti vəzifəsindən kənara çəkilmək niyyətində olmasına dair iddia əsassız və ağ yalandır.

SəhərAzəri xəbər verir, «Daily Mail» informasiya portalı Moskvadakı bəzi qaynaqlara istinadla iddia etmişdi ki, Vladimir Putin parkinsona mübtəla olub və 2021-ci ilin yanvarında vəzifəsindən kənara çəkiləcək.

Dmitri Peskov bu iddiaya işarə ilə söyləyib: Rusiya prezidenti yaxşı vəziyyətdədir və tamamilə sağlamdır. O, deyib ki, Putinin Rusiya prezidenti vəzifəsindən kənara çəkilmək niyyəti yoxdur.

İlk dəfə deyildir ki, Putinin parkinsona tutulması barədə təxminlər irəli sürülür. Bundan öncə bəziləri Putinin iki əlinin hərəkətləri arasında uyğunsuzluğun və sağ əlinin hərəkətinin zəif olmasına işarə etmişdilər ki, bu da parkinsonun əlamətlərindən ola bilər.

Teqlər