Fransa BƏƏ-dəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib
Fransanın əmirliklərdəki səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edibdir.
SəhərAzəri xəbər verir, Fransanın Əbu-Dəbidəki səfirliyi dünən bir bəyanatda bildirib: Fransanın diplomatik korpusu əmirliklərdəki vətəndaşlarından istəyir ki, xüsusən xaricilərin iştirak etdikləri dairələrdə və turist məntəqələrində son dərəcə ehtiyatlı olsunlar.
Fransa bu xəbərdarlıq bəyanatını cərşənbə günü səhər Ciddədəki bir qeyri-müsəlman qəbiristanlığında partlayışın baş verməsindən sonra veribdir.
Bir neçə ölkənin nümayəndələrinin iştirakı ilə Ciddə liman şəhərindəki qeyri-müsəlman qəbiristanlığında keçrilən birinci dünya müharibəsində ölənlərin anım mərasimində baş verən partlayışda dörd nəfər yaralanmışdı.
Mərasim birinci dünya müharibəsinin bitməsinin 102-ci ildönümü münasibtəilə bir neçə Avropa ölkəsi ilə bərabər Ərəbistanda da keçirilibdir.
Hələ bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir. Ərəbistanın rəsmiləri və ya mediaları bu hadisə barədə bir fikir bildirməyiblər.