Pensilvaniyada tibb işçiləri tətil keçiriblər
Amerikanın Pensilvaniya ştatında yüzlərlə şəfqət işçisi xəstəxanlarda müalicə kadrı çatışmazlığına görə, işi dayandıraraq, tətil keçiribdir.
Pensilvaniyada 800-ə yaxın şəfqət işçisi çərşənbə günü xəstəxanlarda müalicə kadrı çatışmazlığına və onların koronavirusa yoluxmaları təhlükəsinin artmasına etiraz olaraq, tətilə çıxıbdır.
Etirazçı şəfqət işçiləri bu qənaətdədirlər ki, koronavirus pandemiyasından öncə kadr çatışmazlığı xəstəxanalarda bir problem idi, amma COVID-19 epidemiyasının başlanması və xəstələrin xəstəxanalara axın etmələri ilə vəziyyət daha da pisləşibdir.
Amerikada koronavirus epidemiyasının ardınca bu ölkənin bütün xəstəxanalarında müalicə kadrı çatışmazlığı özünü qabarıq şəkildə göstərir. Son zamanlar da xəstəxanaların işçilərindən bir qrupu daha çox maaş qazanmaq və daha təhlükəsiz mühitdə işləmək üçün öz iş yerini tərk edibdir. Belə bir halda, koronavirusun günü-gündən tüğyan etməsilə xəstələrin xəstəxanalara müraciəti artmaqdadır.
Amerikada indiyədək on bir milyon 761 nəfər COVID-19-a yoluxub. 255 min 135 nəfərdən çox xəstə də həyatını itiribdir.
Amerikada koronavirusun baş alıb getdiyi və bu xəstəliklə bağlı ölüm hallarının artdığı bir halda, Tramp hökuməti 2020-ci il prezident seçkilərində qələbə əldə etmədiyinə görə, bu ölkədə koronavirusun yayılmasını aradan qaldırmaq prosesini dayandırıb və yalnız əsassız iddialarla seçkilərdə saxtakarlığın ediməsi üzərində təmərküzləşibdir.