Makron müsəlman liderlərə sərt şərtlər qoyub
https://azeri.sahartv.ir/news/dünya-i369934-makron_müsəlman_liderlərə_sərt_şərtlər_qoyub
Fransanın müsəlman rəhbərlərinin respublika dəyərləri xartiyasını qəbul etmələri üçün 15 gün vaxtı var. Belə bir şərt Fransa prezidenti Makron tərəfindən qoyulmuşdur
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2020 11:30 Asia/Baku
  • Makron müsəlman liderlərə sərt şərtlər qoyub

Fransanın müsəlman rəhbərlərinin respublika dəyərləri xartiyasını qəbul etmələri üçün 15 gün vaxtı var. Belə bir şərt Fransa prezidenti Makron tərəfindən qoyulmuşdur

SəhərAzəri xəbər verir, LCI TV kanalının məlumatına görə, nizamnamədə dinin təhsildən və dövlətdən ciddi şəkildə ayrılması və müsəlman icmalarının həyatına xarici müdaxilələrin qadağan olunması nəzərdə tutulur. Fransa müsəlman liderləri noyabrın 18-də Makronla görüşdə təbliğat üçün rəsmi akkreditasiya verəcək milli imamlar şurası yaratmağı qəbul etdiklərini bildirib.