Çin dünyanın ən böyük 5G şəbəkəsini qurub
https://azeri.sahartv.ir/news/dünya-i369937-Çin_dünyanın_ən_böyük_5g_şəbəkəsini_qurub
Çin Xalq Respublikasının sənaye və informasiyalaşdırma naziri bildirib ki, Çin 700 min baza stansiyasından ibarət olan dünyanın ən böyük 5G şəbəkəsini qurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2020 01:06 Asia/Baku
  • Çin dünyanın ən böyük 5G şəbəkəsini qurub

Çin Xalq Respublikasının sənaye və informasiyalaşdırma naziri bildirib ki, Çin 700 min baza stansiyasından ibarət olan dünyanın ən böyük 5G şəbəkəsini qurub.

SəhərAzəri xəbər verir, Uçjen şəhərində keçirilən Ümumdünya İnternet İdarəetmə Konfransında çıxış edən Çin Xalq Respublikasının sənaye və informasiyalaşdırma nazirinin müavini Lyu Lexun deyib: Çin tərəfindən quraşdırılan 5G baza stansiyalarının sayı onların dünya üzrə ümumi sayının təxminən 70%-ni təşkil edir. Hazırda beşinci nəsil rabitə standartına 180 milyondan çox terminal qoşulub.
Nazir müavini COVID-19 pandemiyası şəraitində Çində internet trafikinin istehlakında 2019-cu ilin sonuna nisbətən ortalama 50% artım qeydə alındığını bildirib. Ölkənin bəzi bölgələrində bu rəqəm 60-70% təşkil edib.