G20 sammiti Romada keçiriləcək
G20 sammiti 2021-ci il 30-31 oktyabr tarixlərində Romada keçiriləcək.
SəhərAzəri Trend-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Cuzeppe Konte "iyirmilikdə" sədrliyin 1 dekabr tarixində Romaya keçməsi ilə əlaqədar açıqlayıb.
"Liderlərin yekun zirvə toplantısı 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı olan əbədi şəhər Romada baş tutacaq" - Konte bu barədə "Twitter"ində məlumat verib.
Bildirilir ki, italyan sədrliyinin şüarı "İnsanlar, planet, firavanlıq" (italyan dilində hər üç söz bir hərflə başlayır) seçilib.
G20 sədrliyi İtaliyaya Səudiyyə Ərəbistanından ötürülüb. Daha əvvəl prosesin 2021-ci ildə Hindistanda, İtaliyada isə 2022-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin 2018-ci ildə Konte 2022-ci il Hindistanın müstəqilliyinin 75-ci ildönümünü qeyd etdiyi üçün Yeni Dehlinin tələbi ilə sədrliyi dəyişdirməyə razı olub.