Əfqanıstan və "Taliban" arasında ilk sənəd imzalanıb
https://azeri.sahartv.ir/news/dünya-i370345-Əfqanıstan_və_taliban_arasında_ilk_sənəd_imzalanıb
Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 03, 2020 10:04 Asia/Baku
  • Əfqanıstan və

Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqları davam edir.

SəhərAzəri Eastnews-a istinadla xəbər verir ki, Tərəflər yenidən Qətərin paytaxtı Dohada görüşüblər və danışıqların davam etdirilməsi üçün ilkin razılığa gəliblər.  

19 illik müharibədən sonra tərəflər 3 səhifəlik ətraflı atəşkəs və yol xəritəsi mətni barədə razılığa gəliblər.   Beləliklə, Əfqanıstandakı münaqişələrə son qoymaq üçün ilk dəfə yazılı bir sənəd imzalanıb.  

NATO da tərəflər arasındakı razılaşmadan məmnun olduğunu bildirib.