Dek 03, 2020 15:54 Asia/Baku
  • Yaponiyanın sabiq baş naziri məhkəməyə çağırılıb

Yaponiyanın sabiq baş naziri bu vəzifəni daşıdığı dövrdə ehtimal üzrə baş vermiş maliyyə pozuntuları barədəki sualları cavablandırmaq üçün məhkəməyə çağırılıb.

SəhərAzəri xəbər verir ki,Tokio prokuroru bu gün Şinzo Abedən istəyibdir ki, onun siyasi komandasının öz tərəfdarları üçün təşkil etdiyi şam ziyafətləri kimi məsələlərin aydınlaşması üçün məhkəməyə getsin.

Həmçinin deyilənlərə görə, Yaponiyanın xarici işlər nazirinə qarşı da məhkəmə işi açılacaqdır. Səbəb, onun Şinzo Abenin baş nazirliyi dövründə nə cür və harada xərclənməsi ilə bağlı hökumət xərclərinin bir hissəsi barədə məlumat verməməsidir.

Yaponiyanın sabiq baş naziri Şinzo Abe bu ölkəyə başçılıq etmək üzrə ən uzun bir müddətə malikdir. O, son zamanlar səhhətinə görə, öz vəzifəsindən istefa verdi.

Teqlər