Rusiya kosmosa iki peyk buraxıb
Dek 03, 2020 20:23 Asia/Baku
Rusiyanın müdafiə nazirliyi bildirib ki, «Soyuz-2.16» kosmik raketindən istifadə edərək, kosmosa iki peyk buraxıb.
SəhərAzəri xəbər verir, bu iki peyk bu gün səhər tezdən «Soyuz-2.16» kosmik raketi ilə Rusiyanın şimal-qərbində yerləşən «Plesetsk» kosmodromundan kosmosa buraxılıb.
Süni peyklər «Qonts-M» rabitə peyki və «Kosmos-2548» kiçik hərbi peykə şamil olurlar. Rusiyanın hava-kosmos qüvvələri buraxılışdan sonra kosmosda onların nəzarətini ələ alıblar.
Bu, cari ildə «Plesetsk» hərbi kosmodromundan kosmosa buraxılan altıncı «Soyuz» kosmik raketidir.
Rusiya yer kürəsinin orbitində, yarısı fəaliyyət göstərən, yüzə yaxın süni peykə malikdir.