ABŞ-ın daha bir dövlət qurumuna qarşı kiber hücum təşkil edilib
Dek 15, 2020 14:25 Asia/Baku
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə kiberhücum təşkil edilib.
SəhərAzəri xəbər verir, bu barədə “Washington Post” məlumat yayıb.
Nəşr adını açıqlamadığı mənbələrə istinadən kiberhücumların arxasında Rusiyanın dayandığını iddia edib.
ABŞ rəsmiləri digər qurumlara, o cümlədən özəl şirkətlərə də haker hücumları ola biləcəyini istisna etməyib.
Xatırladaq ki, buna qədər ABŞ-ın Xəzinə və Maliyyə Nazirliklərinə də kiberhücum təşkil edilmişdi.