Tramp Konqresin təsdiqlədiyi büdcəyə veto qoydu
https://azeri.sahartv.ir/news/dünya-i371127-tramp_konqresin_təsdiqlədiyi_büdcəyə_veto_qoydu
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş müdafiə büdcəsinə veto qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2020 07:34 Asia/Baku
  • Tramp Konqresin təsdiqlədiyi büdcəyə veto qoydu

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş müdafiə büdcəsinə veto qoyub.

SəhərAzəri xəbər verir, bu barədə Ağ Evdən məlumat yayılıb.

“Mən qətnaməni qaytarıram. Təəssüf ki, bu, milli təhlükəsizliyi təmin etmək üçün lazım olan kritik tədbirləri özündə ehtiva etmir, veteranlarımıza və hərbi tariximizə hörmət bəsləməyən maddələri özündə cəmləşdirir”, - Tramp bildirib.

Prezident Konqres tərəfindən təsdiqlənmiş büdcəni Rusiya və Çinə hədiyyə adlandırıb.