İlhan Ömər: Trampın işinin sonunun yaxınlaşmasına sevinirəm
Dek 28, 2020 23:38 Asia/Baku
ABŞ-ın Minnesota əyalətinin Demokrat təmsilçisi Twitter-də Trampın koronavirus dəstəyi paketini imzalayaraq təslim olmasına reaksiya verib və yazib: Trampın sonuna yaxınlaşdığımız üçün şadam.
SəhərAzəri xəbər verir, ABŞ-ın Minnesota əyalətinin Demokrat təmsilçisi İlhan Ömər Twitter səhifəsində bir mesajında yazıb: "Unutmayın, Trampın bəhanə gətirməkləri və pis xasiyyətləri, milyonlarla amerikalının həyatı üçün real nəticələr verib".
İlhan Ömər əlavə edib: "İşsizlik sığortasının ödəmə müddəti gələn həftənin şənbə günü bitdiyinə görə, bu gecikmə işsizlik müavinətinin ödənilməsini mütləq təxirə salacaq; Trampın insanlara əzab-əziyyət gətirmə müddətinin sona çatmasına görə çox şadam".