ABŞ konqresinin nümayəndələr palatası Trampın vetosunu adladı
ABŞ konqresinin nümayəndələr palatası bir səsvermədə bu ölkənin prezidenti Donald Trampın hərbi büdcə haqqındakı qanun layihəsinin qəbul edilməsinin qarşısını almaq üzrə vetosunu ləğv etməyə müvəffəq olub.
SəhərAzəri xəbər verir, Nümayəndələr palatasının səsverməsi zamanı 87 əleyhinə səs qarşılığında 322 nümayəndə vetonun ləğv edilməsinin lehinə səs verib və beləliklə Trampın vetosunu ləğv etmək üçün lazım olan üçdə iki əksəriyyət səs təmin olunubdur.
Əgər ABŞ senatı da nümayəndələr palatası kimi Trampın vetosundan keçərsə, Amerikanın müdafiə büdcəsi barəsində qanun layihəsi Trampın razılığı olmadan qəbul olunacaq.
Amerika qanunvericiliyinə görə, ölkə prezidenti veto ilə bir layihənin və ya qərarın qanuna çevrilməsinə mane ola bilər, lakin konqresin hər iki palatasının üzvlərinin üçdə iki səsi vetonu ləğv etməyə yetər.
Tramp ötən həftə konqresin hər iki palatası tərəfindən qəbul edilən ABŞ-ın 740 milyard dollarlıq hərbi büdcə layihəsinə veto qoydu.
Tramp qeyd olunan layihənin bir neçə bəndi, o cümlədən Amerikada quldarlıq dövrü generallarının adlarının qoyulduğu ABŞ hərbi bazalarının adlarını dəyişdirməyə çağıran bənd ilə müxalifdir.
Amerikada quldarlıq dövründəki generalların adlarının qoyulduğu ABŞ hərbi bazalarının adları son zamanlar polis zorakılığına və irqi ayrı-seçkiliyə qarşı daxili etirazlar və nümayişlərin yüksəlməsilə diqqət mərkəzinə alınıbdır.
Tramp Amerikada ağdərililərin irqi üstünlüyünün tərəfdarı olan qrupların əsas himayədarlarından biridir.