Dek 31, 2020 11:51 Asia/Baku
  • Boris Conson Avropa Birliyi ilə ticarət müqaviləsini imzalayıb

İngiltərənin baş naziri Boris Conson dünən bu ölkənin Avropa Birliyi ilə ticarət müqaviləsini imzalayıb.

SəhərAzəri xəbər verir, o, bu sazişi Brüssel ilə yeni münasibətlərin başlanması adlandırıb.

İngiltərə parlamentinin aşağı palatası da breksitin icrasından sonra bu ölkə ilə Avropa İttifaqı arasındakı əlaqələrə dair London-Brüssel razılaşmasını böyük əksəriyyətlə ratifikasiya edibdir.

Bu razılaşma parlamentin lordlar palatası tərəfindən də qəbul edilməlidir.

Avropa Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də London-Brüssel razılaşmasına imza atıblar.

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri bundan öncə həmin sazişi səs çoxluğu ilə təsdiq etmişdilər.

Avropa Parlamentinin üzvləri 2021-ci ildə qanuna çevrilməsi üçün bu sazişin detallarını araşdıraraq, onu səsə qoyacaqlar.

Zaman cədvəlinə əsasən, İngiltərənin Avropa İttifaqından çıxması üzrə keçid dövrü bu gün, 31 dekabr 2020-ci il tarixində başa çatır. Ondan sonra iki tərəfin ticarət münasibətləri yeni saziş əsasında cərəyan edəcək.

Teqlər