Rusiya və Tacikistan prezidentləri məşvərət ediblər
Rusiya və Tacikistan prezidentləri bir telefon danışığında ikitərəfli əməkdaşlıqları və 2021-ci ildə iki ölkənin strateji tərəfdaşlıq məsələsini müzakirə ediblər.
SəhərAzəri xəbər verir, Rusiya prezidenti Vladimir Putin və Tacikistan prezidenti İmaməmli Rəhman bu telefon söhbətində sabitlik və təhlükəsizliyin təmin edilməsi sahələrində, həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlərdə qarşılıqlı əməkdaşlığa təkid ediblər.
Tacikistan prezidenti bu görüşdə gələn il də iki tərəfin birgə səylərinin səmərəli olacağına öz əminliyini ifadə edib.
Tacikistan Rusiyanın hərbi bazaya malik olduğu yeganə Mərkəzi Asiya ölkəsidir.
Tacikistanda yerləşən 201-ci baza Rusiyanın xaricdəki ən böyük hərbi bazasıdır. Bazada 7 min nəfərdən çox hərbçi fəaliyyət göstərir.
Moskva-Düşənbə müqaviləsinə əsasən, bu baza 2042-ci ilədək Tacikistan ərazisində fəaliyyət göstərəcək.