Maduro vurğulayıb;
“Konqresə hücumu edənlər İraq, Liviya və Əfqanıstana hücum edənlərdir”
Venesuelanın prezidenti Nikolas Maduro ABŞ-ın prezidenti Trampın tərəfdarlarının Konqresə hücumuna reaksiya verərək, onları İraq, Suriyaya və bəzi digər yerlərə hücum edib insanları öldürən insanların nəsilləri adlandırıb.
SəhərAzəri Breitbart saytında istinadən xəbər verir, Maduro, Tramp tərəfdarlarının Konqresə hücumuna cavab olaraq, çevriliş baş verən ölkənin hücumların baş verdiyi ölkə olduğunu söyləyib: "Çevrilişlərin, istilaların ortaya çıxdığı ölkəyə indi bu hərəkətlərin bumeranq təsiri qayıdır. İndi bir baxın, ABŞ-ın kənd və yarı kənd şəhərlərindən olan bir qrup yoxsul ağdərililər Kapitoliyə girib hücum etdilər. Dörd nəfərin öldüyünü deyirlər. Onlardan biri 14 ildir ABŞ Hava Qüvvələrində xidmət edən gənc qadındır.
Bu çox kasıb kəndli ağldərililər İraq, İran, Əfqanıstan, Liviya, Suriya, Panama, Qrenadaya supermen kostyumunda hücum edən eyni insanlardır. İnsanları öldürənlər bunlardır".
Trampın ölkənin qanuni hökumətini devirmək səylərinə toxunan Maduro, Venesuelaya hücum etməyə çalışanın da eyni adam olduğunu söyləyərək, belə deyib: "Çox cahil, səriştəsiz və axmaq oyuncaq rejim qoymağa çalışdı".