Yan 10, 2021 15:41 Asia/Baku
  • İtaliya rəsmiləri koronavirus sıçrayışından nigarandırlar

İtaliyada koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayının gündəlik surətdə artması Roma rəsmilərini çox narahat edib.

SəhərAzəri xəbər verir, COVID-19-un bu ölkədə yenidən yüksəlməsinə toxunan İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib ki, məhdudiyyətlər tətbiq olunmadan və səhiyyə qaydalarına riayət edilmədən koronavirusla yanaşı yaşama, uğursuzluğa düçar olacaqdır.

İtalyan sağlamlıq vəzifəliləri bildiriblər ki, hazırda bu ölkədəki xəstəxanaların reanimasiya şöbələri ciddi çarpayı çatışmazlığı ilə qarşı-qarşıyadır.
Qeyd edək ki, hazırda İtaliyada gündəlik koronavirus xəstəliyinə yoluxanların sayı 20 min nəfər, virusun gündəlik qurbanlarının sayı isə 600 nəfərdir.
Son statistik məlumatlara gorə, İtaliyada 2,3 milyondan çox insan koronavirus xəstəliyinə yoluxub, təxminən 79 min insan isə bu xəstəlikdən ölüb.

 

Teqlər