ABŞ-da silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır
Bu həftə ABŞ-ın 50 ştatının hamısında və Vaşinqtonda Kapitoli ətrafında, eləcə də yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimində silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır.
SəhərAzəri RİA Novosti xəbər agentliyinə istinadən xəbər verir ki, “ABC News”un jurnalisti Aaron Katerski Federal Təhqiqat Bürosunun (FTB) daxili sənədinə istinadla bildirib ki, bu həftə ABŞ-ın 50 ştatının hamısında və Vaşinqtonda Kapitoli ətrafında, eləcə də yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimində silahlı etiraz aksiyalarının təşkili planlaşdırılır.
"Silahlı etiraz aksiyaları 16 yanvar - 20 yanvar tarixlərində 50 ştatın hamısında Qanunvericilik Məclisləri qarşısında, eləcə də 17 yanvar - 20 yanvar tarixlərində Kapitolidə planlaşdırılır", - deyə sənədə əsaslanan jurnalist qeyd edib.
FTB-nin məlumatına görə, onlara məlum olan bir qrup silahlı şəxs yanvarın 16-da Vaşinqtona yola düşməyi planlaşdırır.
“Onlar xəbərdar ediblər ki, əgər Konqres 25-ci düzəliş vasitəsilə prezidentin vəzifəsindən kənarlaşdırılmasına cəhd etsələr, böyük bir qiyam olacaq”, - sənəddə belə deyilir.
Sənəddə qeyd olunur ki, Trampın andiçmə mərasimindən əvvəl vəzifəsindən kənarlaşdırılacağı halda qrup üzvləri bütün səviyyədə məhkəmələrin və inzibati binaların ələ keçirilməsinə dair çağırış edib.