ABŞ büdcə kəsiri yeni rekord qeydə aldı
Yan 14, 2021 12:29 Asia/Baku
ABŞ maliyyə nazirliyi cari maliyyə ilinin ilk üç ayı ərzində federal hökumətin büdcə çatışmazlığının 573 milyard dollara çatdığını bildirib.
SəhərAzəri xəbər verir, bu zaman kəsiyində bu qədər büdcə çatışmazlığı Amerika tarixində görünməmiş bir haldır.
ABŞ maliyyə nazirliyinin məlumatına görə, 2020-ci ilin ilk üç ayı ərzində federal hökumətin büdcə kəsiri 356 tam onda yeddi milyard dollar təşkil edib.
ABŞ-da maliyyə ili hər il oktyabrın əvvəlindən gələn ilin otuz sentyabrına qədər davam edir.
Amerika hökumətinin büdcə kəsiri fonunda qeyd edək ki, koronavirus epidemiyası bu ölkədə bir çox peşə sahələrinə ziyan vurubdur.
ABŞ-da koronavirus epidemiyasından bəri bu ölkədə minlərlə şirkət və zavod bağlanıbdır.