ABŞ Səhiyyə Naziri də istefa etdi
https://azeri.sahartv.ir/news/dünya-i372123-abŞ_səhiyyə_naziri_də_istefa_etdi
ABŞ Səhiyyə və İnsan xidmətləri naziri vəzifəsindən istefa edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2021 09:21 Asia/Baku
  • ABŞ Səhiyyə Naziri də istefa etdi

ABŞ Səhiyyə və İnsan xidmətləri naziri vəzifəsindən istefa edib.

SəhərAzəri xəbər verir, CNN telekanalına istinadən xəbər verir, ABŞ Səhiyyə və İnsan Xidmətləri Naziri Alex Azar iki həftə öncə konqres binasına edilən hücuma görə istefa edib.

Beləliklə, çərşənbə günü Konqresə edilən hücumdan sonra istefa edən ABŞ rəsmilərinin siyahısına Alex Azar da əlavə edildi.

İstefalar dalğası bir çox Demokratların və bəzi Respublikaçıların Çərşənbə günü Konqresə hücumda Trampı günahlandırması səbəbi ilə baş verib.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın səhiyyə naziri Betsi Devos, nəqliyyat naziri Eleyn Çao və daxili təhlükəsizlik üzrə nazir səlahiyyətlərinin icraçısı Çed Vulf istefa veriblər.