Yan 18, 2021 17:19 Asia/Baku
  • Samsung rəhbərinə 2.5 il həbs cəzası kəsildi

Cənubi Koreyada məhkəmə “Samsung Electronics” şirkətinin vitse-prezidentini korrupsiyada təqsirli bilərək iki il yarım həbsə məhkum edib. Bu şirkət dünyada yaddaş kartları və smartfonların ən böyük istehsalçısı sayılır.

SəhərAzəri xəbər verir, 52 yaşlı Li Cae-yonq əvvəlcə keçmiş prezident Park Geun-hayın müttəfiqinə rüşvət verməkdə təqsirli bilinib və 2017-ci ildə beş il həbsə məhkum edilib. Ancaq özünü təqsirsiz bilirdi, sonradan cəzası azaldıldı, şərti cəzayla əvəzləndi və bir il həbsdə qalandan sonra buraxıldı.

Ali Məhkəmə işi yenidən Seul Ali Məhkəməsinə göndərmişdi və yanvarın 18-də yeni hökm çıxarılıb.

Samsung ailə tərəfindən idarə olunan ən böyük konqlomeratdır və Cənubi Koreya iqtisadiyyatında dominant mövqedədir. Dünyada isə 12-ci yerdədir.

Şirkətin ümumi ticarət dövriyyəsi Cənubi Koreya ÜDM-nin 20 faizini təşkil edir.

Li bir neçə ildi Samsung şirkətini idarə edirdi, atası infarkt keçirəndən sonra oktyabrda vəfat edib.

Teqlər