ABŞ- da Korona virus qurbanlarının sayı 400.000 nəfəri keçdi
Tramp hakimiyyətinin son günündə ABŞ-da koronavirusdan ölənlərin sayı 400.000-i keçdi
ABŞ-ın prezidenti əvvəlcə ciddi əhəmiyyət vermədiyi koronavirus qurbanlarının sayının 400.000 nəfəri keçməsi ilə Ağ Evdəki sonuncu gününü keçirir.
SəhərAzəri Deyerler.org-yə istinadən xəbər verir ki, ABŞ-dakı Con Hopkins Universiteti son statistikasında, ABŞ-da koronavurus qurbanlarının sayının 400.000 nəfəri keçdiyini açıqlayıb.
Universitetin məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 24186000 nəfərə çatıb.
Tramp ABŞ-da koronavirus epidemiyasının başlaması ilə xəstəliyi düzgün qiymətləndirmədi və bunu demokratların onu vurmaq üçün hazırladığı bir hiylə kimi qiymətləndirmişdi.
Tramp yeni seçilmiş prezident Co Baydenin andiçmə mərasimində iştirak etmək niyyətində deyil və bu gün səhər vidalaşmaq üçün Merilenddəki Endryus bazasına uçub.
Trampın vida mərasimi üçün administrasiyasının rəsmiləri bu gün (20 yanvar) yerli vaxtla səhər 07: 15-də Endryus bazasına dəvət edilib.