ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
https://azeri.sahartv.ir/news/dünya-i372514-Üst_covid_19_la_bağlı_kliniki_təlimatları_yeniləyib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2021 19:14 Asia/Baku
  • ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının müalicəsi ilə bağlı kliniki təlimatları yeniləyib.

SəhərAzəri xəbər verir, bunu ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris deyib.

O bildirib ki, yeni təlimatda əsas diqqət xəstəliyin xroniki təsirinə verilib:

"İnfeksiyadan sağalmanın normal müddəti iki həftə olsa da, bəzi xəstələrdə bu, daha ciddi formada - səkkiz həftəyədək davam edə bilər. Bəzilərində isə bu simptomlar daha uzun çəkə bilər. Xəstələr yorğunluq, müntəzəm öskürək, fiziki dözümsüzlük, eləcə də nevroloji və ürək simptomlarından əziyyət çəkirlər".