Yan 30, 2021 18:28 Asia/Baku
  • Beynəlxalq Amnistiyadan Baydenə: “Quantanamo həbsxanasını təcili bağla”

Beynəlxalq Amnistiya (Amnesty International) təşkilatı ABŞ-ın prezidenti Cozef Baydendən Quantanamo həbsxanasını təcili bağlamağa çağırıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, təşkilatın bəyanatını ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) İndoneziyada 2002 və 2003-cü illərdə 214 nəfərin ölümünə səbəb olan bombalı hücumlarla əlaqədar Quantanamoda saxlanılan 3 şübhəlinin mühakimə olunması üçün hərbi məhkəməyə göndərildiyi iddiasından sonra verib.

Açıqlamada Quantanamo həbsxanasının beynəlxalq ədalət və insan hüquqları standartlarına ziddiyətin rəmzi olduğu vurğulanaraq, belə qeyd edilib: “Quantanamoda islah və həbs cəzası, Bayden rəhbərliyinin təcili olaraq sona çatdırmalı olan açıq insan hüquqları pozuntularıdır”.

Quantanamoda 40 müsəlmanın hələ 20 ilə yaxındır mühakimə olunmadan həbsdə saxlanıldığı vurğulanan açıqlamada, Quantanamo həbsxanasının birdəfəlik bağlanmalı olduğu bildirilib.

Qeyd edək ki, AP Amerika nümayəndələrinə istinadən verdiyi xəbərində, Quantanamoda 17 ildir həbsdə olan İndoneziya əsilli Encep Nurcaman və Malayziya əsilli Məhəmməd Nazir Bin Lep və Məhəmməd Farik Bin Aminin mühakimə olunmasına Pentaqonun başlayacağını iddia etmişdi.

Teqlər