Fev 01, 2021 14:04 Asia/Baku
  • Somalidə hoteldə partlayışı Əş-Şəbab törədib

Əş-Şəbab terror qruplaşması Somalinin paytaxtı Moqadişonun mərkəzindəki Afrika hotelinə edilən bombalı hücumun bu qrupun işi olduğunu və bu hücumla dövlət məmurlarını hədəfə aldığını iddia edib.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, hotel dövlət məmurlarının istifadə etdiyi yerli hotel idi.

Xəbər mənbələri, Somalinin paytaxtı Moqadişoda, hava limanı yaxınlığında güclü partlayışın olduğunu bildirib.

Sputnik xəbər agentliyi yerli mənbələrə istinadən Moqadişoda baş verən güclü partlayışdan sonra, atəş səslərinin eşidildiyini bildirib. İndiyə qədər yerli rəsmilər hadisə ilə bağlı açıqlama verməyiblər. Bəzi xəbər mənbələri partlayışın Moqadişu hava limanının nəzarət nöqtəsi yaxınlığında yerləşdiyini bildirib.

Reuters hadisədən sitat gətirərək, Somalidəki mərkəzi hökumətə qarşı çıxan Əş-Şəbabın ölkədə bu cür əməliyyatlar həyata keçirdiyini bildirib.

Əş-Şəbab Əl-Qaidə ilə əlaqəli terror qrupudur. İndiyə qədər yüzlərlə insan Əş-Şəbab qrupun terror əməliyyatlarının qurbanı olub.

 

Teqlər